sevindir
Tablolar
Divar üçün fərdi tablolar — sevdiyin şəkil, söz və ya kompozisiya. Evə dekor, sevdiklərinə yadda qalan hədiyyə.

Tablolar
Nədir?
Tablo boş divarı xatirəyə çevirir. Sevdiyin şəkil, ailə adı və ya mənalı bir cümlə hər gün göz önündə olur.
Əvvəlcə eskiz göndəririk ki, tablonun necə görünəcəyini qabaqcadan görəsən.
Seçimlər
Fotolu tablo
Sevdiyin şəkil yüksək keyfiyyətlə tabloya çevrilir.
Yazılı tablo
Dua, şeir, sevgi cümləsi və ya ailə adı.
İşıqlı tablo
Arxadan və ya neonla işıqlanan dekorativ tablo.
Kompozisiya
Bir neçə tablonun bir-birini tamamladığı divar dizaynı.
Qalereya
Qiymət
Qiymət üçün yazın
Yekun qiymət ölçüdən, materialdan və sayından asılıdır. Pulsuz eskiz və dəqiq qiymət üçün WhatsApp-a yaz.
Necə işləyirik?
- 01
Yaz
WhatsApp-a nə istədiyini, ölçünü və yeri yaz. Şəkil və ya loqo varsa, göndər.
- 02
Eskiz al
Pulsuz eskiz və qiymət göndəririk, birlikdə dəqiqləşdiririk.
- 03
Hazırlayırıq
Təsdiqdən sonra ustalarımız adətən 3-5 iş günündə hazırlayır.
- 04
Təhvil veririk
Kuryerlə çatdırırıq və ya Əmircandan özün götürürsən. Lazım olsa usta göndəririk.
Suallar
Öz şəklimdən tablo etmək olarmı?
Bəli. Şəkli WhatsApp-a göndər, ölçünü birlikdə seçək.
Hansı ölçülər var?
Ölçünü divarına və istəyinə görə hazırlayırıq — yaz, təklif edək.
Hazırlanması nə qədər çəkir?
Dizayn təsdiqləndikdən sonra adətən 3-5 iş günü.










