Kuryerlə qapına çatdırılma

WhatsApp:+994 51 290 97 97
Neon.Sifarisi loqosu: neon yazı hazırlayan usta qız

Çöl reklamı

Mağaza, kafe və ofis fasadları üçün gecə-gündüz gözə çarpan reklam lövhələri. Dizayndan quraşdırmaya qədər hamısını biz edirik.

Mağaza fasadında işıqlı reklam lövhəsi

Nümunə işlər

Bu növdən nümunələr. Sənin brendinə uyğun fərdi hazırlayırıq. Şəkilə bas — böyük bax.

  • Fasad üçün hərflər və loqolar

    Binanın üzərində brendin adı — gündüz də, gecə də seçilir.

  • Kiosk və köşk tərtibatı

    Hər tərəfdən işıqlı loqolar — gecə və gündüz görünüşü.

Haqqında

Çöl reklamı biznesinin ilk təəssüratıdır: müştəri səni hələ içəri girməmiş görür. Biz fasadın ölçüsünə, binanın üslubuna və küçədən görünmə məsafəsinə uyğun lövhə hazırlayırıq.

Əvvəlcə pulsuz eskiz göndəririk ki, lövhənin binada necə görünəcəyini qabaqcadan görəsən. Təsdiqdən sonra hazırlayır, istəsən quraşdırırıq.

Materiallar

  • Akril (orqsteklo)

    Şəffaf və rəngli, işığı bərabər paylayan, uzunömürlü material.

  • Alüminium kompozit

    Yüngül və möhkəm panel — fasad və lövhənin əsası üçün.

  • PVC (forex)

    Yüngül, sərfəli material — daxili və işıqsız lövhələr üçün.

  • LED işıqlandırma

    Az enerji sərf edən, bərabər və parlaq işıq.

Necə sifariş edilir?

  1. 1

    Yaz

    WhatsApp-a nə istədiyini, ölçünü və yeri yaz. Şəkil və ya loqo varsa, göndər.

  2. 2

    Eskiz al

    Pulsuz eskiz və qiymət göndəririk, birlikdə dəqiqləşdiririk.

  3. 3

    Hazırlayırıq

    Təsdiqdən sonra ustalarımız adətən 3-5 iş günündə hazırlayır.

  4. 4

    Təhvil veririk

    Kuryerlə çatdırırıq və ya Əmircandan özün götürürsən. Lazım olsa usta göndəririk.

Suallar

Çöl reklamı nə qədər müddətə hazırlanır?

Dizayn təsdiqləndikdən sonra adətən 3-5 iş günü çəkir. Böyük layihələrdə müddəti əvvəlcədən deyirik.

Quraşdırmanı siz edirsiniz?

Bəli, ehtiyac olduqda usta göndəririk. Böyük həcmli sifarişlərdə usta xidməti pulsuzdur, kiçik sifarişlərdə qiyməti ünvana görə deyirik.

Yağışa və günəşə davamlıdırmı?

Çöl üçün nəzərdə tutulmuş material və suya davamlı işıqlandırma istifadə edirik.

Zəmanət varmı?

Bəli, 1 il zəmanət veririk.

Siyahıda istədiyini tapmadın?

Fərqli forma, ölçü və ya material istəyirsənsə, loqonu göndər — sənə özəl eskiz və qiymət hazırlayaq. 1 il zəmanət.

Loqonu göndər