Kuryerlə qapına çatdırılma

WhatsApp:+994 51 290 97 97
Neon.Sifarisi loqosu: neon yazı hazırlayan usta qız

Gözə çarpanneon yazılar

Biznesinə müştəri, evinə ab-hava, toyuna parıltı, hədiyyənə məna qatır. Fərdi dizayn, sərfəli qiymət.

Hazırlamadan əvvəl vizualını pulsuz görürsən

Əlində çəhrayı "Öz neonunu yarat" neon yazısı tutan qız, axşam işığında qonaq otağı

Bizim işlərimiz

Hazırladığımız neonlardan seçmələr. Bəyəndiyinə bas — kodu ilə bizə yaz.

  • Hədiyyə · 3D lampa

  • Foto zona · N-146

  • Hədiyyə · N-122

  • Ev · N-065

  • Uşaq otağı · N-088

  • Uşaq otağı · N-087

  • Kafe və pub · N-013

  • Gözəllik salonu · N-032

  • Oyun və VIP zona · N-059

  • Restoran · N-001

  • Uşaq otağı · N-098

  • Foto zona · N-147

  • Ev · N-075

  • Ev · N-068

  • Kafe və pub · N-015

  • Foto zona · N-148

  • Ofis · N-052

  • Toy və nişan · N-111

  • Hədiyyə · N-133

  • Kafe və pub · N-012

Şəkil, ad, yazı, rəng və ölçünü istəyinə uyğun dəyişirik.

Kateqoriyaya görə seç

Neon dekor, neon reklam, qabarıq hərflər, light box, tablolar və hədiyyələr.

Niyə Neon?

  • Fərdi dizayn

    Yazını, şrifti, rəngi və ölçünü sən seçirsən.

  • Pulsuz vizual

    Vizualı saytda özün hazırla və ya biz pulsuz hazırlayaq.

  • Rahat çatdırılma

    Kuryerlə qapına çatdırırıq, böyük sifarişlərdə pulsuz. İstəsən Əmircandan özün götür.

  • Enerjiyə qənaətli LED

    Az enerji sərf edən müasir LED neon.

  • Tam hazır paket

    Dimmer, şnur və asma hissələri daxil: divara as, rozetkaya tax.

  • Zəmanət

    Bütün işlərimizə 1 il zəmanət veririk.

3 addımda neon

Sən yarat, biz hazırlayaq,
divarında parlasın

Generatorda şrift, ölçü, lövhə və fon seçib vizualı WhatsApp-a göndərəcəksən. Pulsuz və qeydiyyatsız.

Niyə bizi seçməlisiniz?

Hər işi premium materialla, maksimum səliqə ilə hazırlayırıq. Bizdən alınan neon 3 il sonra da ilk gündəki kimi parlayır.

  • 8 il

    təcrübə

  • 7500+

    təhvil verilmiş sifariş

  • 100+

    şirkətlə müqavilə

  • 1 il

    zəmanət

Bizim məhsul: parlaq, bərabər işıqlanan, təmiz akril üzərində neon yazı

Bizdə

Digər ucuz məhsul: solğun işıqlı, cızıqlı və çirkli akril üzərində neon yazı

Ucuz analoqlarda

Neon işığı
Bizdə: 10 mm qalın neon — gur və bərabər işıq
Ucuz analoqlarda: 6 mm nazik neon — zəif işıq, LED nöqtələri görünür
Akril (şüşə)
Bizdə: Tam şəffaf, təmiz və ləkəsiz
Ucuz analoqlarda: Bulanıq, üzərində yapışqan ləkələri qalır
Möhkəmlik
Bizdə: Yerə düşəndə belə qırılmır
Ucuz analoqlarda: Quraşdırma zamanı sına bilir
Material
Bizdə: Neon və akrili öz istehsalımız üçün xaricdən gətiririk
Ucuz analoqlarda: Yerli bazarın ucuz, keyfiyyətsiz materialı
Adapter
Bizdə: Original adapter — gur və təhlükəsiz işıq
Ucuz analoqlarda: Ucuz adapter — işıq zəifləyir, tez xarab olur
Ömür
Bizdə: 3 il sonra da ilk gündəki kimi
Ucuz analoqlarda: Qısa müddətdə solur, sıradan çıxır

Necə işləyir?

  1. 1-ci addım

    Yaz

    WhatsApp-a yaz: nə istədiyini, ölçünü və yeri de.

  2. 2-ci addım

    Eskiz al

    Sənə pulsuz eskiz və qiymət göndəririk, birlikdə dəqiqləşdiririk.

  3. 3-cü addım

    Hazırlayırıq

    Təsdiqdən sonra neonunu ustalarımız hazırlayır.

  4. 4-cü addım

    Çatdırırıq

    Hazır neonu kuryerlə çatdırırıq və ya Əmircandan özün götürürsən.

Tez-tez verilən suallar

Bakıda neon yazı və neon dekor haradan sifariş etmək olar?

Neon.Sifarisi-dən — Bakıda 8 ildir fərdi neon yazı, neon dekor, neon reklam və UV neon tablolar hazırlayırıq. Saytda neonunu özün dizayn et və ya fikrini WhatsApp-a yaz: pulsuz vizual göndəririk, təsdiqdən sonra 3-5 iş günündə hazırlayıb kuryerlə çatdırırıq.

Neon neçəyə başa gəlir?

Qiymətlər 30 AZN-dən başlayır. Yekun qiymət ölçüdən, yazının uzunluğundan və rəng sayından asılıdır. Mətnini WhatsApp-a yaz və ya saytda dizayn et, dəqiq qiyməti deyək.

Keyfiyyətiniz digərlərindən nə ilə fərqlənir?

Neon və akrili öz istehsalımız üçün xaricdən gətiririk, yerli bazarın ucuz materiallarından istifadə etmirik. Neonlarımız 10 mm qalınlıqdadır — işığı gur və bərabərdir (ucuz analoqlarda 6 mm olur və LED nöqtələri görünür). Akril tam şəffafdır, yerə düşəndə qırılmır, adapterlər originaldır. 8 ildir fəaliyyətdəyik, 7500-dən çox sifariş təhvil vermişik və böyük şirkətlərlə 100-dən çox müqaviləmiz var.

Hazırlanması nə qədər çəkir?

Dizayn təsdiqləndikdən sonra adətən 3-5 iş günü çəkir. Təcili sifarişlər üçün WhatsApp-da yaz.

Çatdırılma necədir?

Kuryerlə qapına çatdırırıq, kuryer haqqı ayrıca ödənilir. Böyük həcmli sifarişlərdə çatdırılma pulsuzdur. İstəsən sifarişini Əmircandakı ünvanımızdan özün də götürə bilərsən.

Zəmanət varmı?

Bəli, bütün işlərimizə 1 il zəmanət veririk. Premium material istifadə etdiyimiz üçün neonlarımız 3 il sonra da ilk gündəki kimi parlayır.

Quraşdırmaq çətindir?

Xeyr. Neon tam hazır paketdə gəlir: dimmer, şnur, ştepsel, birləşdirici başlıq və asma hissələri daxildir. Divara asıb rozetkaya taxmaq kifayətdir. Ehtiyac olduqda usta göndəririk: böyük həcmli və çoxsaylı sifarişlərdə usta xidməti pulsuzdur, kiçik sifarişlərdə qiyməti ünvana görə deyirik.

Neonu çöldə istifadə etmək olar?

Bəli, çöl üçün suya davamlı versiya hazırlayırıq (əlavə ödənişlə). Saytda dizayn edəndə «Çöl» seçimini et və ya sifariş zamanı qeyd et.

Pultla idarə olunur?

Bəli, istəyə görə pult əlavə edirik. Pultun 20-dən çox funksiyası var: işığın gücünü tənzimləmək, yanıb-sönmə və digər effektlər. Pult istəmirsənsə, parlaqlığı paketdəki dimmerlə tənzimləyirsən.

Neondan başqa nə hazırlayırsınız?

İstəyə uyğun əl işi hədiyyələr (şəkildən 3D lampa, adlı gecə lampaları və lövhələr, doğum xatirə lövhələri, açarlıqlar), UV neon tablolar, dioramalar və reklam lövhələri: işıqlı qutu (light box), işıqlı və qabarıq hərflər. Hamısında şəkil, ad və yazını istəyinə uyğun dəyişirik — ideyanı WhatsApp-a yaz.