Kuryerlə qapına çatdırılma

WhatsApp:+994 51 290 97 97
Neon.Sifarisi loqosu: neon yazı hazırlayan usta qız

sevindir

Neon dekor

Yataq otağı, qonaq otağı, uşaq otağı və ya toy üçün öz yazınla neon. Şrifti, rəngi və ölçünü sən seçirsən — biz hazırlayırıq.

Qonaq otağında cizgi qəhrəmanları neon dekoru

Neon dekor

Nədir?

Neon dekor otağı bir anda dəyişir: axşam işıqlar sönəndə divarında sənin sözün parlayır. Ən çox ad, sevgi cümlələri, toy üçün adlar və sevimli fiqurlar sifariş olunur.

Bakıda hazırladığımız hər neon yazı 10 mm qalın premium LED neondan və tam şəffaf akrildən yığılır — işığı gur və bərabərdir, səssiz işləyir, az enerji sərf edir və illərlə ilk gündəki kimi qalır. Neon dekor yataq otağı, qonaq otağı, uşaq otağı, toy, nişan, ad günü və foto zona üçün uyğundur.

Yazılı neondan başqa şəkilli UV neon tablolar da hazırlayırıq: rəngli çap olunmuş şəkil və onun üzərində yanan neon xətləri — divarda həm gündüz, həm gecə gözəl görünür.

Saytdakı generatorda yazını yaz, şrifti və rəngi seç — neonunun öz otağında necə görünəcəyini dərhal gör. Daha çox ideya üçün neon nümunələrinə bax.

Seçimlər

  • Öz yazınla neon

    Ad, sevdiyin söz və ya cümlə — istədiyin şriftlə.

  • Toy və nişan

    Adlarınızla neon — bəy-gəlin masası və foto zona üçün.

  • Uşaq otağı

    Uşağın adı və ya sevimli fiqurları yumşaq işıqla.

  • Fiqur və simvollar

    Ürək, ay, ulduz və istədiyin başqa forma.

  • Yataq otağında "Good Vibes Only" neon yazısı
  • Ay üzərində astronavt neon fiquru
  • Günəş və ay neon dekoru

Qiymət

30 AZN-dən başlayır

Yekun qiymət ölçüdən, materialdan və sayından asılıdır. Pulsuz eskiz və dəqiq qiymət üçün WhatsApp-a yaz.

Hədiyyəni sifariş et

Necə işləyirik?

  1. 01

    Yaz

    WhatsApp-a nə istədiyini, ölçünü və yeri yaz. Şəkil və ya loqo varsa, göndər.

  2. 02

    Eskiz al

    Pulsuz eskiz və qiymət göndəririk, birlikdə dəqiqləşdiririk.

  3. 03

    Hazırlayırıq

    Təsdiqdən sonra ustalarımız adətən 3-5 iş günündə hazırlayır.

  4. 04

    Təhvil veririk

    Kuryerlə çatdırırıq və ya Əmircandan özün götürürsən. Lazım olsa usta göndəririk.

Suallar

Necə görünəcəyini əvvəlcədən görə bilərəm?

Bəli. Saytdakı generatorda özün dizayn et və ya yaz — vizualı pulsuz hazırlayaq.

Paketə nə daxildir?

Dimmer, şnur, ştepsel və asma hissələri. Divara asıb rozetkaya taxmaq kifayətdir.

Pultla idarə olunurmu?

İstəyə görə pult əlavə edirik — işığın gücü və yanıb-sönmə effektləri idarə olunur.

Hazırlanması nə qədər çəkir?

Dizayn təsdiqləndikdən sonra adətən 3-5 iş günü.

Zəmanət varmı?

Bəli, 1 il zəmanət veririk.

Başlamağa hazırsan?

Yaz, pulsuz eskiz və qiymət göndərək. 1 il zəmanət.

Hədiyyəni sifariş et